2 Avqust, 2011
HAVANIN TEMPERATURU 10 DƏRƏCƏ ENƏCƏK

Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək

Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-ə keçən gecədən başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişiləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi, şimşək çaxacağı, havanın temperaturunun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-27, gündüz 35-38 yarımadanın bəzi yerlərində 40 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 3-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 24-29, gündüz 37-42, dağlarda gecə 19-24, gündüz 30-35 dərəcə təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!