2 Avqust, 2011
BƏZİ ATS-LƏRİN İŞİNDƏ FASİLƏLƏR OLACAQ

Bakıda 493, 498 və 598 indeksli ATS-lərin əhatə etdiyi ərazilərdə xidmətin göstərilməsində qısamüddətli fasilələr yaranacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən (BTRİB) verilən məlumata görə, aparılan texniki yenidənqurma işləri ilə əlaqədar telefon xətlərinin köhnə stansiyadan yeni stansiyaya hissə-hissə köçürülməsi zamanı sözügedən indeksli telefonların işində qısamüddətli dayanmalar olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!