2 Avqust, 2011
Qətl törədən jurnalist məhkəmə qarşısında

Ayvaz Almuradov mübahisə zəminində qonşusu, 26 yaşlı Arzuman Namazovu qətlə yetirərək hadisə yerindən qaçıb.

Qəsdən adam öldürmədə təqsirləndirilən “Xüsusi təhqiqatlar” qəzetinin əməkdaşı Ayvaz Almuradovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

APA-nın xəbərinə görə, cinayət işi hakim M. Xankişiyevin icraatına verilib. Prosesin hazırlıq iclası avqustun 4-nə təyin olunub.

Qeyd edək ki, iyunun 19-u saat 22.00 radələrində 25 yaşlı Ayvaz Almuradov mübahisə zəminində qonşusu, 26 yaşlı Arzuman Namazovu qətlə yetirərək hadisə yerindən qaçıb. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin apardığı araşdırmalar zamanı məlum olub ki, A. Almuradov hadisədən əvvəl A. Namazova irad tutaraq evinə su vurmaq üçün quraşdırdığı mühərriki işə salarkən mənzilinə gələn suyun kəsildiyini bildirib. Nəticədə qonşular arasında münaqişə yaranıb və A. Almuradov A. Namazova bıçaq zərbələri endirərək qətlə yetirib. A. Almuradovun jurnalist olduğu və “Xüsusi təhqiqatlar” qəzetində çalışdığı müəyyən edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!