1 Avqust, 2011
MOSKVADA İKİ AZƏRBAYCANLI GÜLLƏLƏNİB

Moskva kafelərindən birində silahlı insident baş verib

Naməlum şəxs “Kalaşnikov” avtomatından kafedən çıxan iki azərbaycanlıya atəş açıb.

Atəş nəticəsində döş nahiyəsi və başından güllə yarası alan Əliyev soyadlı azərbaycanlı hadisə yerində vəfat edib. Atəşə reaksiya verərək yerə uzanan Süleymanov soyadlı şəxs isə sarğısından güllə yaraları alıb. O hazırda xəstəxanada həkim nəzarəti altındadır. Qatili tutmaq mümkün olmayıb. Onun “Vaz-2109” markalı maşında hadisə yerində qaçdığı bildirilir. Faktla bağlı cinayət işi başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!