1 Avqust, 2011
YAŞAYIŞ EVİNDƏ PARTLAYIŞ OLUB

Salyan rayonunda yaşayış evində partlayış baş verib

Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, hadisə iyulun 29-da saat 21.45 radələrində Salyan rayonunun Sarvan kəndində qeydə alınıb. Kənd sakini Tünzalə Səmədovanın evində qaz balonunun sızması nəticəsində ani partlayış baş verib. Nəticədə dağıntı olmasa da, T. Səmədova xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!