1 Avqust, 2011
Bədbin hava proqnozu

Əhaliyə müraciət olundu

ETSN-dən növbəti xəbərdarlıq: Kəskin isti və atmosfer təzyiqinin aşağı olması əhali üçün əlverişsizdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentini yaxın 2 gün ərzində gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.


 Simsar.az-ın ETSN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında kəskin isti hava şəraiti ilə yanaşı atmosfer təzyiqinin normadan xeyli aşağı olması əhali üçün əlverişsizdir. Xüsusi ilə gündüz saatlarında açıq havada olmaq məsləhət deyil.

Uzun sürən anomal isti hava şəraitindən sonra avqust ayının 4-dən güclü xəzri küləyi ilə əlaqədar temperaturun tədricən aşağı enməsi əhalidə rahatlıq hissi yaradacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!