1 Avqust, 2011
RAMAZANIN İLK GÜNÜNÜN DUASI

Sabah orucluğun ilk günüdür. Bu münasibətlə Ramazan ayının 1-ci gününün duasını təqdim edirik:

Allahumməcəl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və’fu ənni ya afiyən ənil-mücrimin.

Tərcüməsi:

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

İftar duası

İftar açdıqda bu dua oxunur: “Əllahummə ləkə sumtu va əla rizqikə əftərtu va ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfir li”.

Tərcüməsi belədir:

“ Allahım! Sənin əmrinlə oruc tutub və Sənin verdiyin halal ruzi ilə iftar edirəm, Sənə təvəkkül edirəm. Ey böyük rəhmət sahibi, mənim günahlarımı bağışlayıb mənə rəhm et!”.


Av qustun1-də İftar saat 21.17-də açılacaq. Avqustun 2-də imsaq (sahur) 04,53-də başa çatır. Sübh azanı isə 05.03-dədir.

Allah niyyətlərinizi, orucunuzu və dualarınızı qəbul etsin.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!