1 Avqust, 2011
TÜRKİYƏDƏ AZƏRBAYCAN KİNOSU GÜNÜ KEÇİRİLƏCƏK

Oktyabrın 8-dən 14-dək Azərbaycan kinematoqrafçıları Türkiyənin Antalya şəhərində keçiriləcək "Qızıl portağal" Beynəlxalq kinofestivalında iştirak edəcəklər

AzərTAc xəbər verir ki, festival çərçivəsində Azərbaycan kinosu günü keçiriləcək və ilk dəfə olaraq azərbaycanlı kinematoqrafçıların işləri nümayiş etdiriləcək.

2005-ci ildən keçirilən Antalya "Qızıl portağal" Beynəlxalq kinofestivalı dünya kinomatoqrafiyasının nüfuzlu hadisələrindən birinə çevrilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!