30 İyul, 2011
AZAL böyük hesabla qələbə qazandı

Futbolçularımız Türkiyənin aşağı dəstə təmsilçilərinə 5 top vurublar

Yeni mövsümün hazırlıqlarını Qızılcahamamda davam etdirən AZAL dünən qardaş ölkədə növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumata görə, Türkiyənin aşağı dəstə təmsilçilərindən "Antalya-Manavqatspor"la qarşılaşan Elxan Abdullayevin komandası böyükhesablı qələbə qazanıb.

Təyyarəçilər rəqibin qapısından 5 top keçirməyə nail olublar. "Antalya-Manavqatspor" isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib və görüş 5:1 hesabı ilə AZAL-ın xeyrinə başa çatıb.

Bu, paytaxt klubunun Türkiyədə keçirdiyi 5-ci yoxlama oyunu idi. "Təyyarəçilər" bundan əvvəl İranın "Fulad" (2:2), "Şahin" (0:0) klubları, eyni zamanda Türkiyənin "Kilimli Bələdiyəspor" (2:0) və "Konyaspor" (2:3) komandaları ilə qüvvəsini sınayıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!