30 İyul, 2011
"Qarabağ" haqqında böhtan yazdı Azərbaycana buraxılmadı

Rus jurnalisti Xankəndini  Stepanakert adlandırdı  

Simsar.az-ın məlumatına görə, Dağlıq Qarabağa səfər edəndən sonra Bakıya gəlmək istəyən jurnalist səfərinin təəssüratları ilə bağlı “Qarabağda müharibə gözləmirlər, lakin hazırlaşırlar” adlı məqalə dərc edib. “Rusiyanın səsi” radiostansiyasının məlumatında bildirilib ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin iradı rəsmi olaraq Xankəndinin adının düzgün göstərilməməsində olub. Belə ki, rəsmi Bakı Xankəndinin Stepanakert adlandırılması ilə yanaşı məqalənin faktiki olaraq erməni tərəfinin mövqeyini əks etdirdiyi bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!