30 İyul, 2011
QIZILAĞAC DÖVLƏT QORUĞU YAXINLIĞINDA YANĞIN OLUB

Lənkəran rayonunda güclü yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Saleh Ağayevin verdiyi məlumata görə, hadisə iyulun 29-da saat 17.30 radələrində rayonun Nərimanabad-2 qəsəbəsi ərazisində qeydə alınıb. Yerli bələdiyyəyə məxsus ərazidə başlanmış yanğının söndürülməsi üçün hadisə yerinə Lənkərandan 4, Masallıdan isə 1 yanğınsöndürən maşın cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğının Qızılağac Dövlət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb. Yanğın lokallaşdırılıb.
Yanğın nəticəsində 20 hektarlıq ərazinin kol-kosu yanıb. İlkin versiya kimi yanğının odla ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!