30 İyul, 2011
İşık Koşaner istefasının səbəblərinə aydınlıq gətirdi

O, təzyiqlərin qarşısında aciz qaldığı etriaf etdi

Simsar.az-ın məlumatına görə, general bu addımını son illərdə Türkiyədə hərbçilərə qarşı aparılan kampaniya, məhkəmələr və özünün bunlara qarşı mübarizədə aciz olması ilə izah edib. Müraciətdə 250 hərbçinin hazırda həbs olunduğuna diqqət çəkilib. Koşaner bu həbslərin hüquqa, haqqa, ədalətə və vicdani dəyərlərə rəğmən həyata keçirildiyini bəyan edib.

“İstintaq və uzun müddətli həbslərin bir məqsədinin də Türk Silahlı Qüvvələrinin daima gündəmdə tutularaq, ictimai fikirdə bir cinayətkar təşkilat olduğu görüntüsünün yaradılmağa çalışılması, bunu fürsət bilən tərəfli medianın da hər cür yalan xəbər, iftira və ittihamlarla böyük millətimizin öz silahlı qüvvələrinə qarşı mövqe almağa təşviq etdiyi diqqətdən qaçmamaqdadır. Bu durumun qarşısının alına bilməməyi və əlaqədar qurumlar nəzdində edilən cəhdlərin diqqətə alınmamağı, Baş Qərargah Rəisi olaraq tabeliyimdə olanların haqq və hüququnu qoruma cavabdehliyini yerinə yetirməyimə əngəl olduğundan, işğal etdiyim bu ali kürsüdə vəzifəmə davam etmək imkanımı ortadan qaldırmışdır”, deyə general bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!