30 İyul, 2011
Altı ayda hərbiçilər barəsində 58 cinayət işi

Xanlar Vəliyev korrupsiya ilə mübarizədən danışdı

Bu ilin altı ayı ərzində hərbi prokurorluq orqanlarında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində 58 fakt üzrə cinayət işi başlayıb.

Bunu birinci yarım ilin yekunlarına həsr olunan kollegiya iclasında respublikanın Hərbi prokuroru Xanlar Vəliyev deyib.

Respublika Hərbi Prokurorluğu hərbi komissarlıqlarda yoxlamalar aparıb.

Bu zaman çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması üzə çıxıb.

Xanlar Vəliyev deyir ki, artıq Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq)), 313 (vəzifə saxtakarlığı), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma v ə ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb. /Trend/

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!