30 İyul, 2011
ƏRDOĞANLA GÖRÜŞDÜ, BAŞ QƏRƏRGAH RƏİSLİYİNDƏN İSTEFA VERDİ

ƏRDOĞANLA GÖRÜŞDÜ, BAŞ QƏRƏRGAH RƏİSLİYİNDƏN İSTEFA VERDİ

Türkiyə mediası xəbər verir ki, Türkiyə ordusunun baş qərargah rəisi İşık Koşaner, quru qoşunlarının baş komandanı, hərbi hava qüvvələrinin və hərbi dəniz qüvvələrinin baş komandanları istefa veriblər.

İstefaların dəqiq səbəbi bildirilmir.

Türkiyədə islamçı hökumətlə dünyəvi ordu arasında gərginlik yüksək həddədir.
Hazırda hökuməti devirmək ittihamı ilə haqqında istintaq aparılan generalların sayı 42-dir.

Gələn həftə Ali Hərbi Şuranın yığıncağı olmalıdır.
Hökumət və hərbi liderlər həmin toplantıda bir neçə əsas təyinat üzrə kompromissə gəlməlidirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!