30 İyul, 2011
NAXÇIVAN RƏQƏMSAL TELEVİZİYA YAYIMINA BAŞLAYIR

İlin sonunadək Naxçıvanda rəqəmsal televiziya yayımına başlanılması planlaşdırılır

İlin ötən 6 ayında Naxçıvan Muxtar Respublikası (MR) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) ünvanına 124,754 kiloqram poçt göndərişi və bağlama daxil olub, pul baratlarının ödənişi təxminən 3 milyon 932 min manat, qəbulu isə 2 milyon 571 min manat təşkil edib. 
Nazirlikdən verilən məlumata görə, bu ilin may ayından MR-də beynəlxalq DHL ekspress poçt xidməti fəaliyyətə başlanıb. 
DVB-T rəqəmsal televiziya yayımının MR-də təşkilinə dair “B&B TV Kommunikeyşn” MMC-yə verilən lisenziya əsasında şirkətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında müqavilə imzalanıb və bu ilin sonunadək Naxçıvanda rəqəmsal televiziya yayımına başlanması üçün razılığa gəlinib./azərtac

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!