29 İyul, 2011
Ermənistandan Qarabağı özününküləşdirməsi istiqamətində növbəti addım

Ermənilərdən beynəlxalq təşkilatlara Qarabağ şərti

Ermənistan beynəlxalq pul köçürmələri sistemlərindən Azərbaycanın işğal olunmuş ərazilərində də işləməyi tələb edir.

Bu barədə «APA-ECONOMICS»ə beynəlxalq pul köçürmələri ilə məşğul olan Rusiya şirkətlərindən birinin məsul nümayəndəsi bildirib. Onun sözlərinə görə, Ermənistan həmin şirkətlərin qarşısında Dağlıq Qarabağ ərazisində də fəaliyyət göstərməyi şərt kimi qoyur, əks halda, ölkəyə buraxmayacağını bildirir.


Qeyd edək ki, Azərbaycan tərəfi işğal olunmuş ərazilərdə hər hansı şirkətin istənilən fəaliyyətlə, o cümlədən pul köçürmələri ilə məşğul olmasına sərt nəzarət edir. İndiyədək işğal olunmuş ərazilərdə fəaliyyət göstərdiyinə görə bir neçə köçürmə sistemlərinin Azərbaycanda fəaliyyəti qadağan edilib. Bu şirkətlər yalnız işğal olunmuş ərazilərdə fəaliyyətlərini dayandırandan sonra onlara Azərbaycanda işləməyə icazə verilib. «Bunu nəzərə alanda biz müəyyən mənada seçim qarşısında qalırıq» - deyə şirkət nümayəndəsi bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!