29 İyul, 2011
“Ölkə” bağlandı

Amma ümidlər tükənməyib

“Ölkə” qəzeti fəaliyyətini dayandırır. Olke.info-dan Simsar.az-a verilən məlumata görə, səbəb maliyyə çatışmazlığıdır.
Qəzetin təsisçisi Xəzər Teyyublu bildirib ki, “Ölkə” qəzeti bu günə qədər kənar maliyyə dəstəyi almadan işıq üzü görüb: “Yalnız məhdud daxili imkanlarımız hesabına bu qəzeti ayaqda saxlaya bilmişik. Amma fakt odur ki, hansısa dairələrə bağlılığı olmayan bir qəzeti əlavə maliyyə dəstəyi olmadan, yalnız daxili imkanlar hesabına uzun müddət yaşatmaq olmur. Hələlik biz də bura qədər gələ bildik”.

Qəzetin fəaliyyətinin nə vaxt bərpa olunacağı isə məlum deyil: “ Bu barədə hələlik konkret heç nə deyə bilmərəm. Amma ümid edirik ki, problemlər aradan qalxacaq və “Ölkə” qəzeti yenidən oxucuların görüşünə gələcək”

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!