29 İyul, 2011
İsraildən Azərbaycana qarşı ayrıseçkilik

Təl-Əviv zabirlərini ermənistana buraxır, Azərbaycana isə yox

İsrailin müdafiə nazirliyinin baş qərargahının əməliyyat bölməsi zabitlərin 36 ölkə və regiona səfərlərini qadağan edən əmr dərc edib.

Simsar.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, siyahıya daxil olan ölkələrin arasında Azərbaycan, Türkiyə və Gürcüstanın da adı var. Bundan başqa, Çeçenistan, Tailand, Kəşmir, Misir, İordaniya, Tunis və Keniyanın bir neçə rayonunun da adı hallanır. Qeyd edək ki, İsrailin terrorla mübarizə üzrə milli qərargahının səfər etməyi məsləhət görmədiyi ölkələrin siyahısında iştirak edən Ermənistan bu dəfə siyahıdan çıxarılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!