29 İyul, 2011
İmtahan cavabları internetdə olacaq

Hələ ki, hazırlıq işləri gedir

Gələn ildən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə sənəd verən abituriyentlərin cavab kartlarını internet saytında yayımlayacaq.

Simsar.az-ın məlumatına görə, bu barədə iyulun 29-da keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə məlumat verib. 

O bildirib ki, təxminən 100 min abituriyentin cavab kartlarını skanerdən keçirmək və internetdə yerləşdirmək üçün 4 xüsusi skaner aparatı alınmalıdır. Bundan sonra isə abituriyentlərin cavab kartları imtahan verdikləri günün ardınca öz hesablarında yerləşdiriləcək. Bununla, abituriyentlər həm özlərindəki cavabları, həm də cavab kartlarında yazdıqlarını müqayisə edə biləcəklər.

Qeyd edək ki, bu il artıq xeyli abituriyent öz cavab kartları ilə tanı ola biliblər. TQDK-ya apelyasiya şikayəti verən abituriyentlər öz cavab kartları ilə tanış ola biliblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!