29 İyul, 2011
Magistr və doktoranturada oxuyanlara şad xəbər

Onlar hərbi xidmətə çağrılmaya bilər

Milli Məclisin payız sessiyasında bu barədə müzakirələr aparılacaq

Milli Məclisin (MM) payız sessiyasında Azərbaycanda magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməsi barədə məsələ də müzakirəyə çıxarılacaq.

APA-nın xəbərinə görə, bunu MM-in Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Ş. Hacıyev MM-in komitəsində “Elm haqqında” qanun layihəsi üzərində iş getdiyini qeyd edərək, bildirib ki, layihədə bununla bağlı da müddəalar yer alıb: “Mənim fikrimcə, magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. Bilirik ki, hərbi xidmətə gedəndə onlar elm və təhsildən uzaqlaşırlar.
Lakin bu o demək deyil ki, o yerlər bron olaraq saxlanmalıdır. Hər bir vətəndaş Vətən qarşısında öz borcunu verməlidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!