29 İyul, 2011
6 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olundu

Əli Əmirovu onun müavini əvəzləyəcək

Azərbaycanın penitensiar sistemində kadr dəyişikliyi aparılıb.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Penitensiar Xidmətin rəisi, ədliyyə nazirinin müavini Mədət Quliyevin əmri ilə 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirov 6 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.

9 saylı müəssisədə rəisin səlahiyyətlərini müvəqqəti olaraq onun müavini icra edir.

Bir müddət öncə 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elman Əlişirov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!