29 İyul, 2011
Orta ixtisaslı təhsil almaq istəyənlərin nəzərinə

Sənəd qəbulu üçün avqustun 10-nu sonuncu gündü

Bu il ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu avqustun 10-da başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ərizə qəbuluna internet vasitəsilə iyulun 5-dən başlanılıb. 
Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı və digər məlumatlar “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub. Qəbul imtahanının avqustun 28-də keçirilməsi nəzərdə tutulub. Hər bir orta ümumtəhsil məktəbində təhsil dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər. Abituriyentlər internetlə elektron ərizə formasını doldurduqdan sonra tələb olunan sənədləri müvafiq sənəd qəbulu komissiyasına təqdim etməklə ərizələrini təsdiqlətdirməlidirlər.


Məlumata görə, iyulun 29-da saat 10:00-dək orta ixtisas təhsili müəssisələrinə 19544 nəfər ərizəsini təsdiqlətdirib. Bu il 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisəsinə ayrılan plan yerlərinin sayı 9642-dir. Onlardan 8449-u Azərbaycan, 312-si rus dili bölməsindədir. Birgə müsabiqə üzrə 881 plan yeri ayrılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!