29 İyul, 2011
Maşında kondisioner yoxdusa, sürmə

Yol polisi sürücülərə müraciət etdi

Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, son günlər havaların kəskin isti keçməsi ilə əlaqədar sürücülərdən soyuducu sistemi olmayan avtomobillərdən istifadə etməmək tövsiyə olunur.


Onun sözlərinə görə, yay mövsümündə qeydə alınan ağır yol qəzalarının böyük əksəriyyəti günorta saatlarında baş verib: “Təhlillər göstərir ki, günün qızmar vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz havanın təsiri nəticəsində meydana gəlib. İsti hava və havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Nəticədə xoşagəlməz hadisələr baş verir. Ona görə də havaların kəskin isti keçməsi ilə əlaqədar sürücülərdən saat 13.00-dan 17.00-dək avtomobillərdən mümkün qədər az istifadə etmələrini, kondisioneri olmayan maşınlardan isə ümumiyyətlə istifadə etməmələri xahiş olunur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!