29 İyul, 2011
Türkiyədən Ermənistana sərt cavablar davam edir

"Ermənilər ac qalmışdı..."

«Serj Sərkisyanın açıqlamaları Türkiyəni təhrik etməkdir və bu təhriklərdən Ermənistan heç nə qazana bilməz».
APA-nın məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Bülənt Arınç Ermənistan prezidenti Serj Sərkisyanın erməni gəncliyinə xitabən “Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağını azad etmək də sizin öhdənizə düşür” bəyanatına münasibət bildirərkən deyib.


B. Arınç qeyd edib ki, Ağrı dağının harada olduğunu neçə yüz illərdir, Anadolu torpaqlarında hamı bilir, Sərkisyan isə bu bəyanatı isə Ermənistanın daxili siyasətinə yönəlmiş bir çıxışdır.

«Zamanında ac qalmışdılar, Türkiyədən buğda göndərdik. Ağıllarını başlarına yığsınlar və Ağrı dağına iddia edəcək nöqtədən uzaqlaşsınlar. Diasporun oyununa girməsinlər. Daxili siyasətə oynamaqdan vaz keçsinlər», - deyə B. Arınç əlavə edib.
Baş nazirin müavini onu da vurğulayıb ki, Türkiyə çox güclü dövlətdir, kimsə bu dövlətə, bu dövlətin dağına, ovalığına yan baxa bilməz.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!