29 İyul, 2011
Metroda uşaq meyiti

Heç kim, heç nə bilmir

Bu gün səhər saatlarında Bakı Metropoliteninin Nərimanov rayonu ərazisindəki elektrik deposunda uşaq meyiti tapılıb.

 Nərimanov rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, təxminən 2-3 aylıq uşaq meyitini deponun işçiləri aşkarlayıb. Uşağın hansı şəraitdə ölməsi və həmin əraziyə necə gəlib çıxması məlum deyil.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!