29 İyul, 2011
Çayxanada atışma

Ölən və yaralanan var

Balakən rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, hadisə dünən axşamüstü Qullar kəndindəki çayxanada qeydə alınıb. 1984-cü il təvəllüdlü kənd sakini Nastakalov Namiq Teyyub oğlu qanunsuz olaraq özündə saxladığı qoşalülə ov tüfəngi ilə kənddəki çayxanaya gələrək orada olan həmkəndlisi, 1969-cu il təvəllüdlü İsmayılov Nizrov Siracəddin oğluna iki dəfə atəş açıb. Kürək nahiyəsindən güllə yarası alan Nizrov İsmayılov hadisə yerində dünyasını dəyişib. Onunla eyni stolun ətrafında oturan Qullar kənd sakini, 1963-cü il təvəllüdlü Telliyev Nurullah Mahma oğlu isə sol ayağının diz nahiyəsindən yaralanaraq Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Keçirilmiş əməliyyat tədbirləri nəticəsində N. Nastakalov tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəddən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Prokurorluqdan qətli törədən şəxsin əsəb xəstəliyindən əziyyət çəkdiyi, Şəki şəhərindəki Əsəb Xəstəlikləri Dispanserində müalicə olunduğu bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!