29 İyul, 2011
NƏQLİYYATÇILARIN MAAŞLARI ARTIB

2010-cu ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 19,1 faiz artaraq 428,6 manat olub

Bu ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 64 min nəfər muzdlu işçinin dörddə üç hissəsi dövlət müəssisələrində, dörddə bir hissəsi özəl bölmədə çalışıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, işçilərin 55,5 faizi yerüstü və boru kəməri, 14,7 faizi su, 8,2 faizi hava nəqliyyatı, 21,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşib.

2010-cu ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 19,1 faiz artaraq 428,6 manat olub. Bu göstərici hava nəqliyyatında 899,1 manat, dəniz nəqliyyatında 551,7 manat, avtomobil nəqliyyatında 429,4 manat, dəmir yolu nəqliyyatında isə 194,4 manat təşkil edib. Əmək haqqı hava nəqliyyatında 32,9 faiz, avtomobil nəqliyyatında 20,4 faiz, dəniz nəqliyyatında 5,2 faiz, dəmir yolunda isə 2,7 faizlik artımla müşahidə olunub.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 24,5 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 10,3 faiz artaraq 576,0 manat olub./anspress

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!