28 İyul, 2011
Norveçdəki terror hadisəsində türk qızı da həlak olub

Onun kimliyi bilinib

Norveçin paytaxtı Osloda baş vermiş qanlı qırğında bir nəfər Türkiyəli vətəndaşın da həlak olması bildirilir.

Simsar.az saytının cnnturk.com-a istinadən verdiyi xəbərə görə, 68 adamın öldüyü Utoya adasında ölənlərdən birinin türk qızı, Gizem Doğan olduğu dəqiqləşib.

Dünən, Norveçin “Dagbladet” qəzeti həyatını itirən kəslərin fotoşəkilləri arasında Gizem Doğanın fotoşəkilini də nəşr edib.

Ailəsinin, 18 yaşındakı qızları Gizemin sağ tapılması üçün ümidləri tükənib.

Bu gün polis DNT testiylə Gizemin ölənlər arasında olduğunu təsdiq edib.


Aynurə



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!