28 İyul, 2011
İbrahim Tatlısəs uzun fasilədən sonra yenidən rejissorluq etdi

Sənətçinin yüksək əhval- ruhiyyədə olduğu da müşahidə edilib

İbrahim Tatlısəs, güllələnəndən uzun bir müddət sonra yenidən rejissor kreslosuna oturub.

Tatlısəs, müalicəsinin davam etdiyi Romatem Darüşşafaka Fizika Müalicə və Reabilitasiya Mərkəzində özünə məxsus çiy küftə fabriki üçün yeni bir reklam filmi çəkib.

Simsar.az saytının yazete.com - istinadən verdiyi xəbərə görə, 2 saat davam edən çəkilişlər zamanı türkiyəli müğənni Tatlısəsin əhvalı- ruhiyyəsi çox yüksək səviyyədə olub.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!