28 İyul, 2011
Ramazan fətvası verildi

Ramazan ayının ilk günü avqustun 1-nə düşür

Simsar.az-ın məlumatına görə, bu məqsədlə iyulun 28-də QMİ-də tədbir keçirilir.

Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə avqust ayının 1-ə təsadüf edir. İyul ayının 31-i orucluğun niyyət gecəsidir. Ramazan - Fitr bayramı hicri təqvimi ilə Ramazan ayının 29 və 30-a düşür (miladi təqvimi ilə avqust ayının 30 və 31-i).

Yaradanla yaradılan arasında vasitə olan Oruc insanları paklığa, ədalətə, şükrə, saflığa çağırır.

QMİ oruc tutan şəxslərə Ramazan ayının təqvimi və yaddaş kitabçası hazırlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!