27 İyul, 2011
Terrorçu qətliamdan əvvəl min adama hədələyici məktub göndərib

Onların arasında Norveçin köhnə millət vəkili də olub

Norveçin paytaxtı Osloda baş vermiş silahlı basqından bir neçə saat əvvəl qırğını həyata keçirən terrorçu Anders Breivik min adamın elektron ünvanına hücumun bütün detallarını əks etdirən, qorxunc qətliam məktubu göndərib. Bunlardan biri Norveçin köhnə millət vəkili Jan Simons olub.

Simsar.az saytının Haberturk.com saytına istinadən verdiyi xəbərdə bildirilir ki, keçmiş millət vəkili aldğı məktubu spam zənn edib: “Terrorçunun hücumun necə planlaşdırdığı haqqında bütün detalları yazıb insanların elektron ünvanlarına göndərməsi belə, inanılmaz və qorxuncdur. Mənim emailimə hücumdan əvvəl hücumun bütün detalları göndərilib. 2000 səhifəlik sənəd idi, hamısını oxumağım mümkün deyildi.


Keçmiş milət vəkilinin sözlərinə görə, bu məktub terrorçunun çox soyuqqanlı və ən incə detalına qədər hər şeyi planlaşdıran bir adam olduğunu deyib.

Aynurə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!