27 İyul, 2011
Gürcüstanda polis rəisi 1500 lariyə görə həbs olundu

O, mənimsəmə maddəsi ilə 7 -illik cəza ala bilər

Gürcüstan DİN-nin Baş Müfəttişliyinin əməkdaşları Şuaxe (Acariya) rayonunun polis rəisi Teymuraz Putkaradzeni vəzifə səlahiyyətlərindən sui-istifadə olunması ittihamı ilə həbs ediblər.

Polis öz qulluq mövqeyindən istifadə edərək yanacaq satışından 1500 lari mənimsəyib.

İstintaqı DİN-in Baş Müfəttişliyi aparır. Putkaradzenin günahı sübuta yetirilərsə, onu 7 ilədək azdlıqdan məhrumetmə cəzası gözləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!