27 İyul, 2011
TİKİNTİ MATERİALLARININ İSTEHSALI 40% AZALIB

Cari ilin yanvar-iyun aylarında ölkəmizdə tikinti materialları sənayesində müəssisələr tərəfindən 97,4 mln.

Cari ilin yanvar-iyun aylarında ölkəmizdə tikinti materialları sənayesində müəssisələr tərəfindən 97,4 mln. manatlıq və ya ötən ilin eyni dövrünə nisbətən 40% az məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk yarısında sənaye müəssisələri tərəfindən 682,4 min ton sement, 55,1 min ton tikinti gipsi, 368,9 min ton hörmə üçün hazır beton qarışığı, 16,8 min kubmetr betondan yığma-tikinti konstruksiyaları, 108,7 min ton asfalt və 102,4 min kubmetr tikinti kərpici istehsal edilib. “Ötən ilin ilk altı ayı ilə müqayisədə sement istehsalı 15,9%, tikinti gipsi 3,4 dəfə artıb, hörmə üçün hazır beton qarışığı istehsalı 1%, betondan yığma-tikinti konstruksiyaları 6,7%, asfalt istehsalı 2,6 dəfə, tikinti kərpici isə 15,4% azalıb”, - deyə Komitədən bildirilib.

Qeyd edək ki, 2011-ci il iyulun 1-nə müəssisələrin anbarlarında 10,1 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 4,3%-i qədər hazır məhsul ehtiyatı olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!