27 İyul, 2011
"Rubin" "Dinamo"nu Kiyevdə yıxdı

Çempionlar Liqasında III təsnifat mərhələsi başladı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, bu gecə 8 oyun keçirilib.
Günün sürpriz nəticəsi Kiyevdə qeydə alınıb. Belə ki, "Dinamo" doğma meydanda Rusiya "Rubin"inə 0:2 hesabı ilə yenilib.
Gürcüstanın "Zestafoni" klubu "Ştrum"u qəbul edib. Gürcülər 74-cü dəqiqədə hesabı açsa da, dörd dəqiqə sonra Avstriya klubu bərabərlik qoluna imza atıb.
"Ekranas"la BATE, APOEL-lə "Slovan" qolsuz heç-heçəyə razılaşıb.
"Visla" səfərdə "Liteks"i 2:1, "Malmö" "Reyncersi 1:0, "Tvente" evdə "Vasluy"u 2:0, "Genk" "Partizan"ı 2:1 hesabı ilə məğlub edib.
Bu mərhələnin 7 oyunu bu gecə keçiriləcək.

Çempionlar Liqası
III mərhələ
İlk oyunlar

26 iyul
Zestafoni (Gürcüstan) - Şturm (Avstriya) 1:1
Qollar: Nikoloz Gelaşvili, 74 - Patrik Volf, 78.

Ekranas (Litva) - BATE (Belarus) 0:0

APOEL (Kipr) - Slovan (Slovakiya) 0:0

Liteks (Bolqarıstan) - Visla (Polşa) 1:2
Qollar: Tom Vellinqton, 45+1 - Mixael Lamey, 19. Maor Melikson, 77.

Dinamo (Kiyev, Ukrayna) - Rubin (Rusiya) 0:2
Qollar: Alan Kasaev, 5. Bibers Natço, 68-pen.

Genk (Belçika) - Partizan (Serbiya) - 2:1
Qollar: Jelle Vossen, 70. Marvin Ogünyimi, 90+1- Nemanje Tomiç, 65.

Reyncers (Şotlandiya) - Malmö (İsveç) 0:1
Qol: Daniel Larsson, 18.

Tvente (Hollandiya) - Vasluy (Rumıniya) 2:0
Qollar: Mark Yanko, 33; 57.

27 iyul
21.00 HİK (Finlandiya) - Dinamo (Zaqreb, Xorvatiya)
23.00 Kopenhagen - Şamrok Rovers (İrlandiya)
23.00 Odense (Danimarka) - Panatinaikos (Yunanıstan)
23.05 Makkabi (Hayfa, İsrail) - Maribor (Sloveniya)
23.15 Standard (Belçika) - Sürix (İsveçrə)
23.45 Benfika (Portuqaliya) - Trabzonspor (Türkiyə)
23.45 Rusenborq (Norveç) - Viktoriya (Çexiya)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!