27 İyul, 2011
TQDK-DAN 20 FAİZ GÜZƏŞT

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bütün fənlər üzrə siniflər üçün test kitablarının təkmilləşdirilmiş nəşrlərini hazırlayır.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu kitablara açıq tipli test tapşırıqları da daxil edilib. Kitabları avqustun 30-dək internet vasitəsi ilə ödəniş etməklə sifariş edənlərə 20% güzəşt olunur. Kitablar sifarişçilərə nəşr olunduqdan dərhal sonra göndəriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!