26 İyul, 2011
Azərbaycan, Ermənistan, Gürcüstan bir yarışda

Azərbaycanla Ermənistan "Nə? Harada? Nə vaxt?" yarışında qarşı-qarşıya gəlir

Gürcüstanda "Nə? Harada? Nə vaxt?" intellektual yarışı üzrə 13-cü Cənubi Qafqaz çempionatı keçiriləcək.

Simsar.az saytının "Qruziya Online" agentliyinə istinadən verdiyi məlumata görə, yarışa 3 ölkədən 55 komanda qatılacaq.
Kubok uğrunda Azərbaycan, Gürcüstan və Ermənistan mübarizə aparacaq.

Münsiflər heyətində "Büllur bayquş"un tanınmış laureatları Aleksandr Druz (Sankt-Peterburq), Aleksandr Rubin (Moskva), İlya Novikov (Moskva), Yelena Potanina (Odessa) təmsil olunacaqlar.

Bu günə kimi keçirilən 12 çempionatda Azərbaycan 5, Gürcüstan 4, Ermənistan isə 3 dəfə qələbə qazanıb.


Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!