26 İyul, 2011
"Xəzər Lənkəran" "Sevilya"dan futbolçu alır

Mirça Rednikdən klub rəhbərliyinə maraqlı təklif

Mirça Rednikin iştirakı ilə “Xəzər Lənkəran” klubunun daxili toplantısında komandanın yenidən bərpasına qərar verildiyi artıq məlumdu. Fanat.az xəvbər verir ki, toplantıda gedən söhbətlər zamanı baş məşqçi Mirça Rednik klub rəhbərliyinə maraqlı təklif edib. “Xəzər Lənkəran” klubunun bundan sonrakı fəaliyyətinin daha peşəkar səviyyədə qurulması işində bütün bacarığını ortaya qoyacağını bildirən Rednik eyni zamanda yeni futbolçuların alınmasını da təklif edib. Maraqlıdı ki, son bir neçə günü bekar qalmayan Rumın məşqçi İspaniyanın “Seviliya” klubundan bir neçə futbolçu ilə danışıqlar aparıbmış. Tanıdığı menecerlərin vasitəçiyi ilə əlaqə qura bildiyi həmin futbolçuları “Xəzər Lənkəran”a gətirə biləcəyini bildirən Rednik klub rəhbərliyini bu addımı ataraq “Xəzər Lənkəran”ı daha da gücləndirməyin mümkünlüyünə inandıra bilib. Beləliklə “Xəzər Lənkəran” klubu İspaniyanın “Seviliya” klubundan bir başa müqaviləylə iki futbolçu alır. Bu məlumat artıq təsdiqini tapıb və yəqin ki, bu həftənin sonuna qədər futbolçular Lənkərana gələcəklər. //12cioyuncu.info

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!