26 İyul, 2011
OBAMA QƏDDAFİYƏ UDUZUR

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi etiraf etdi

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mixael Mullen Liviyada çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib. Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da istefaya getməyə hazırlaşan Mixael Mullen Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, böyük mənada çıxılmaz vəziyyətə düşdüklərinə baxmayaraq, NATO təyyarələrinin hava zərbələri Liviya prezidenti Müəmmər Qəddafinin qüvvələrinə ciddi zərbə vurub. 

Baş Qərargah rəisi düşünür ki, uzaq perspektivə hesablanmış strategiya Müəmmər Qəddafini hakimiyyətdən uzaqlaşdıra bilər. O, ABŞ-ın Liviya qiyamçılarını silahlandırmaqla bağlı bir qərarının olmadığını da vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!