26 İyul, 2011
Ekipaj üzvlərinin meyitləri Bakıya gətirilib

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitləri Bakıya gətirilib

Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitləri Bakıya gətirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi günü araşdırma komissiyasının üzvü, Silk Way aviaşirkıtinin sədrinin köməkçisi Adil Qasımov bildirib.

Onun sözlərinə görə meyitlər, üzərində DNT ekspertizasının aparılması üçün tibbi müəsissəyə aparılıb.

DNT ekspertizası nəticəsində tanınması mümkün olacaq cəsədlər ölmüş sayılacaqılar. Tanınması mümkün olmayanlar itkin düşmüş elan ediləcəklər. Həmçinin, təyyarənin qara qutusunun Dövlətlərarası aviasiya komitəsinə (Moskva) aparılması, və orada hadisənin səbəblərinin aşkar olunması planlaşdırılır.

9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!