25 İyul, 2011
Ebru Gündeş nağaranı swarovski qaşlarla bəzətdirdi

Müğənni 6 aylıq hamilədi

Mikrofonuna kimi swarovski qaşları olan Ebru bu dəfə də orkestrindəki nağaranı swarovski qaşlarla örtdü.
Ebru Gündeş, pərəstişkarlarının qarşısına yenə parıltılı bir səhnəylə çıxdı.Altı aylıq hamilə olan müğənni indiyə qədər yalnız beş kilo artdığını söyləyib. "Çox qəşəng görünürsünüz" deyən bir dinləyicisinə isə səhnədən belə cavab verib: "Bu vəziyyətdə belə çox qəşəng geyinirəm, deyilmi? Geyindiyim bütün paltarlara görə satışda az qala dava düşür”.
Kipr “Mercure Hotel Casino”-nun dördüncü ili qeyd etməsi münasibətilə səhnəyə çıxan Ebru Gündeşi, 1 milyon 200 min pərəstişkarı izləyib. Sənətçi, 2 saat yarım boyunca sevilən mahnılarını səsləndirib.

Mirqayda

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!