25 İyul, 2011
Əsgər vəfat etdi

O, xəstə olub

APA-nın xəbərinə görə, hadisə iyulun 24-də Müdafiə Nazirliyinin Bakıdakı hərbi hissələrindən birində qeydə alınıb. Qazax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü Hüseynov Fərrux Mədət oğlunun xəstəlikdən vəfat etdiyi bildirilir.


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya əsgərin ölümü faktını təsdiqləyib və bildirib ki, ölümün səbəbləri araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!