25 İyul, 2011
Ramazan ayı nə vaxt başlayır?

Vaxtı açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bazar ertəsi bildirib ki, iyulun 30-da Bakı vaxtı ilə saat 23:40-da Ay doğacaq.

"Ancaq iyulun 31-də gözlə ayı görmək mümkün olmayacaq. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi bu qərara gəlib ki, Ramazan ayı avqustun 1-i olsun", - Quliyev deyib.

Rəsədxana direktoru Ramazan ayının avqustun 29-da yekunlaşacağını söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!