25 İyul, 2011
BAKI METROSUNDA DƏHŞƏTLİ HADİSƏ

Gənc qız özünü qatarın altına atdı

Bu gün saat 10:00 radələrində Bakı metrosunun Nizami stansiyasında faciə baş verib.

Simsar.az-ın əməkdaşının məlumatına görə, bir nəfər şəxs özünü qatarın altına atıb. Bu üzdən Bakı Metropolitenində qatarların hərəkətində fasilə yaranıb

Yarım saata yaxın qatar «Elmlər Akademiyası» stansiyasında dayanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsindən Simsar.az-a verilən məlumatda fak təsdiqlənib. Növbətçi hissədən bildiriblər ki, bu gün saat 10.00 radələrində metronun “Nizami” stansiyasında intihar faktı qeydə alınıb. Adının hələ açıqlanmadığı naməlum şəxs özünü qatarın altına atıb. Hadisə yerinə təcilli tibbi yardım maşınları cəlb edilib. Qatarların hərəkəti bu səbəbdən müvəqqəti dayandırılıb. Faktla bağlı araşdırma aparılır.

“Musavat.com” isə qatarın vurduğu şəxsin 23-25 yaşlarında qadın olduğu xəbərini verib. Ağır yaralı olan qızı təcili-tibbi yardım maşını ilə yaxinliğdakı xəstəxanalrın birinə aparıblar.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!