24 İyul, 2011
BAKIDA 369500 DOLLARA MAŞIN SATILDI

"Mercedes G 55 AMG Brabus"un döşəməsinə məxmər vurulub

Bu gün Bakıda "Mercedes G 55 AMG Brabus" avtomobili satılıb. "Universal" tipinə anid olan maşını 369500 dollara alıblar. 

Maşının adı açıqlanmayan yeni sahibi qara rəngli bu avtomobil üçün ilkin ödəniş qismində 319500 dollar ödəyib. Məbləğin yerdə qalanı isə ayda 1758 olmaqla, 36 aylıq bank kreditidir.
Lüks salona və ən müasir avadanlıq təchizatına malik "Brabus"un döşəməsinə məxmər döşənib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!