23 İyul, 2011
BAKIDA DÖYÜŞ SURSATI TAPILIB

Azərbaycan paytaxtında qumbara tapılıb

Fövqəladə Hallar Nazirliyinin internet saytının verdiyi məlumata görə, nazirliyə Bakının Suraxanı rayonunda 1 ədəd döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aşkarlanmış sursatın “RQD-5” markalı təlim tipli əl qumbarası olduğunu müəyyən ediblər. Aşkarlanmış döyüş sursatı nazirliyin mütəxəssisləri tərəfindən müvafiq tədbirlər həyata keçirildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!