23 İyul, 2011
Sabir Mirzəyev dünyasını dəyişdi

Simsar.az saytı başsağlığı verir

Azərbaycanın xalq artisti Sabir Mirzəyev 68 yaşında dünyasını dəyişib. Xezerxeber.com saytının verdiyi məlumata görə sənətkar 2 həftə əvvəl əməliyyat olunmaq üçün İrana yola düşmüşdü. Yaxınları bildiriblər ki, S.Mirzəyev gələn həftə əməliyyat olunmalı idi. Lakin sənətkar koma vəziyyətinə düşüb və həkimlərin cəhdinə baxmayaraq, onu bu vəziyyətindən ayıltmaq mümkün olmayıb.
Sənətkarın ailəsinə səbr diləyirik! Allah rəhmət eləsin!
Azər

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!