23 İyul, 2011
EMİN AĞALAROV LONDONDA KONSERT VERDİ

Həmyerlimizin konserti Londonun mərkəzindəki “Under The Bridge” klubunda baş tutub.

Emin Böyük Britaniyada artıq radiolarda səslənən və çarxlarda ön sıralarda olan çox sevilən mahnısını ifa edib. Onun “Wonder" albomu və “Any Time You Fall”, “Obvious” kompozisiyaları "BBC Radio 2” radiostansiyasında populyarlığına görə 1-ci olub. “Any Time You Fall” və “Obvious” kompozisiyaları isə Britaniyanın 80-dən çox radiosunun hitinə çevrilib. 

Emin London konserti zamanı da tamaşaçılar qarşısında aşağıdakıları söyləyib: “Fəxr edirəm ki, “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bu, çox qürurvericidir və müsabiqə Bakıda yüksək səviyyədə təşkil ediləcək”.

Konserti Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan diasporunun üzvləri, Böyük Britaniya ictimaiyyətinin tanınmış nümayəndələri izləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!