23 İyul, 2011
YAPONİYADA ZƏLZƏLƏ

Təkanların gücü 6,4 bal olub

Yaponiyanın Honsyu adasının şimal-qərb hissəsində 6,4 bal gücündə zəlzələ baş verib. ABŞ-ın geoloji xidmətinin saytında verilən məlumata görə, təkanlar yerli vaxtla 13:24-də baş verib.
Zəlzələnin episentri Morioka şəhərinin 114 kilometrliyində olub. Dağıntılar, insan tələfatı və sunami barədə məlumat verilmir.

Xatırladaq ki,Yaponiyada mart ayında 9 bal gücündə zəlzələ olmuşdu. Təkanlar nəticəsində hündürlüyü 10 metrə çatan sunami dalğaları 15 mindən çox yaponun ölümünə səbəb yol açmış, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəymişdi.
ANS

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!