23 İyul, 2011
HƏKİMLƏRİN İMTAHAN NƏTİCƏLƏRİ AÇIQLANDI

Kardiologiya, revmatologiya və nevropatologiya ixtisasları üzrə sertifikasiya imtahanlarında 96% mütəxəssis uğurlu nəticələr əldə edib

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin rəsmi internet saytında yer alan məlumata görə, iyulun 20-də kardiologiya, revmatologiya və nevropatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 126 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 121 (96%) nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları ixtisasları üzrə 27.07.2011-ci il tarixində mamalıq-ginekologiya ixtisası üzrə keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!