23 İyul, 2011
ERMƏNİSTANDA HƏRBİ MAŞIN QƏZAYA DÜŞÜB

Qəza nəticəsində iki hərbçi ölüb, bir neçəsi yaralanıb

Ermənistan Ordusunun iki hərbçisi yol qəzasında ölüb. Ermənistan Müdafiə Nazirliyinə məxsus, hərbçiləri daşıyan “Ural” markalı avtomobil iyulun 22-də Vayots-dzors rayonunun Sers kəndi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki hərbçi ölüb, bir neçəsi isə müxtəlif dərəcəli bədsən xəsarətləri alıb.

Hadisənin detalları dəqiqləşdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!